Konsorsium direktoru: Neftin hazırkı qiyməti TAP-ın reallaşdırılmasına təsir etməyəcək
Mart 23
19:17
2016
Neftin qiymətlərinin aşağı olmasına baxmayaraq, Transadriatik qaz kəmərinin (TAP) tikintisi davam etdiriləcək. Trend-in Reuters-ə istinadən verdiyi məlumata görə, bunu TAP-ın Yunanıstan üzrə direktoru Rikard Skufias deyib.
Onun sözlərinə görə, maliyyə investisiyaları üzrə qərar artıq qəbul edilib: "Lakin neftin qiymətlərinin aşağı olması xərclərin idarə edilməsinə təsir edə bilər".
Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Aİ ölkələrinə nəqlini nəzərdə tutur.
TAP-ın tikintisinə 2016-cı ilin ortalarında başlanılması gözlənilir.
Qlobal.az