SON XƏBƏR

Kopenhagendə Türkiyə təyyarələrinin uçuşuna icazə verilmədi

Noyabr 14
10:45 2017
Bu gün Türkiyədən Danimarkanın paytaxtı Kopenhagenə uçan təyyarələrdə axtarış aparılıb.
 
Qlobal.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Danimarka polisi təyyarələrdə təhlükə olduğu barədə məlumat alıb və buna görə axtarış aparıb.
 
Axtarış zamanı İstanbula uçmağa hazırlaşan təyyarənin havaya qalxmasına da icazə verilməyib. Daha sonra təyyarələrin məxsus olduğu "Atlas Global” şirkətindən açıqlama verilib.
 
Bildirilib ki, axtarışlar nəticəsində təhlükəli heç nəyin olmadığı üzə çıxıb və uçuşlar davam etdirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook