“Kristal Abşeron” metro tuneli üzərində bina tikib?
Mart 14
12:00
2023
"Azərbaycanda "Kristal Abşeron” və digər şirkətlər tərəfindən tikilən binaların 80 faizi bir-birinə çox yaxın inşa edilir. Normativ və standartlara əməl olunmur”.
Bu fikirləri tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
Ekspert bildirib ki, hər bir bina inşa olunarkən, tikinti standartlarına əməl olunmalıdır: "Normativ və standartlar var, orada da binaların ara məsafəsi göstərilir. Lakin yeni tikilən əksər binalarda ara məsafəsi gözlənilmir. İnsanların azad toplanması üçün yerlər olmalıdır. Deyək ki, bu gün forsmajor hadisəsi, zəlzələ oldu, həmin binadan qaçıb çölə yığışmağa təhlükəsiz boş yer olmalıdır. Yoxsa hər tərəf binadırsa, əlbəttə ki, bu risklidir, çünki uçan bina onların üstünə uçacaq. Çox təəssüflər olsun ki, son illərə qədər tikilən binalarda bu normativlər gözlənilməyib.
"Kristal Abşeron” şirkəti tərəfindən Xırdalan ərazisində inşa olunan binaların təhlükəsizliyi məsələsinə də toxunan Nüsrət İbrahimov qeyd edib ki, Xırdalanda tikilən binalar Bakıdan da təhlükəli vəziyyətdədir.
Ekspert "Kristal Abşeron” şirkəti tərəfindən metronun "Azadlıq prospekti” stansiyasının üzərində hündürmərtəbəli yaşayış binalarının tikilməsinə də münasibət bildirib:
"Hündürmərtəbəli binaların metro üzərində və ətrafında tikilməsi yolverilməzdir. Təəssüf ki, ölkəmizdə metro tunelləri ətrafında və üzərində bina tikən şirkətlər var. Bu, qanunsuzdur. Belə binalar çox risklidir. Metro üzərində yalnız kiçik iaşə obyektləri ola bilər”.

Mənbə: Demokrat.az
Qlobal.az