"Kristal Abşeron" MTK Qobu layihəsindəki yeyintilərə görə təftiş olunur? - FOTO
Sentyabr 14
03:09
2021
"Kristal Abşeron" MTK-nın Qaradağ rayonunda dövlət büdcəsi hesabına inşa etdiyi "Qobu-2" layihəsində yol verdiyi qanunsuzluqlar təftiş edilir.
Qlobal.az-ın əldə etdiyi məlumata görə şirkətin bu layihələrdə dövlətə vurduğu maddi ziyanın məbləği milyonlarla manat dəyərindədir.
"Kristal Abşeron" MTK-nın qeyd edilən ərazilərdə inşa etdiyi yaşayış və xidməti binalarda aparılan inşaat işlərində mövcud layihədən kənara çıxdığı bildirilir. Belə ki, yaşayış binalarının pəncərə ölçülərində, koridorların və pilləkan qəfəslərinin həcmində şirkətin layihədən kənara çıxaraq "Tikinti Haqqında Qanun"un tələblərini pozduğu bildirilir.
Eyni zamanda "Kristal Abşeron" MTK-nın Qobu proyektində inşa etdiyi yaşayış binalarının fasadlarında da problemlər olduğu bildirilir. Şirkətin binaların fasad hissəsinə vurduğu kabançik üzlük daşları keyfiyyətsiz olduğuna görə sökülür.
Qlobal.az-ın əldə etdiyi məlumata görə yaranan problemlə bağlı Arxitektura Komitəsi və Qaçqınların və Məcburi Köşkünlərin İşləri Üzrə Dövlət Komitəsi birgə komissiya da yaradıb.
Məsələyə "Kristal Abşeron" MTK-dan münasibət öyrənmək mümkün olmadı.
Qeyd edək ki, "Kristal Abşeron" MTK-nın Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsus olduğu deyilir.

Xatırladaq ki, "Kristal Abşeron" "Qobu-2" layihəsini Paşa-Holding-in sifarişi ilə tikib.
Qlobal.Az