Kürdəmirdə 16 min hektar yonca əkilib
Mart 30
12:09
2016
Kürdəmir rayonunda yazlıq yonca səpini müvəffəqiyyətlə başa çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, cari mövsümdə 2000 hektarda səpin aparılıb və yonca əkini sahələri 14 min hektardan 16 min hektara çatdırılıb.
Səpin kampaniyasında 40-dan çox texnikanın iştirakı təmin olunub. Rayonun Pirli, Karrar, Muradxan və bir sıra digər ərazi vahidlərində daha çox sahədə əkin aparılıb.
Qeyd edək ki, hazırda rayonda iribuynuzlyu mal-qaranın sayı 64 min, qoyun-keçilərin sayı isə 131 min 800 başdan çoxdur. Möhkəm yem bazasının yaradılması istiqamətində son illər ciddi tədbirlər görülür. Yonca əkini sahələrinin ildən-ilə artırılması da məhz bu tədbirlərdəndir.
Qlobal.az