Kurt Tonq: Azərbaycan Asiya və Avropa dövlətləri ilə daha sıx əlaqələr yarada biləcək
Aprel 18
05:15
2016
"Ələt limanı sayəsində Azərbaycan Asiya və Avropa dövlətləri ilə daha sıx əlaqələr yarada biləcək”.
Bu sözləri ANS TV-nin "Hesabat” verilişində Mir Şahinin qonağı olmuş ABŞ dövlət katibinin köməkçisinin müavini Kurt Tonq bildirib.
Ölkəmizə səfərinin əsas məqsədinin Azərbaycanın iqtisadi inkişafını və bu inkişafın transformasiyasını müşahidə etmək olduğunu söylən ABŞ Dövlət Departamentinin rəsmisi ən əsas məsələlərdən birinin Azərbaycanın digər ölkələrlə əlaqələr yaratmaq istiqamətində görüyü işləri müşahidə etmək olduğunu diqqətə çatdırıb.
Ələt limanından danışan Kurt Tonq bu cür layihələrə sərmayə yatırmağın səmərəli olduğunu söyləyib:
"Ələt limanı sayəsində digər ölkələrlə daha sıx əlaqələr yaranacaq və iqtisadi amillər daha da güclənəcək. Bu kimi layihələr sayəsində Azərbaycan Asiya və Avropa dövlətləri ilə də daha yaxşı əlaqələr yaradacaq”,- deyə ABŞ Dövlət Departamentinin rəsmisi qeyd edib.
ABŞ-ın bu layihədə Azərbaycana edə biləcəyi yardımlardan danışan qonaq bildirib ki, bu yardımın bir neçə istiqaməti var: "İlk olaraq bu ABŞ hökuməti tərəfindən gələn yardım ola bilər. ABŞ Azərbaycanın müvafiq rəsmiləri ilə birgə fəaliyyət göstərərək əməkdaşlıq edə bilər ki, bu əməkdaşlıq nəticəsində düzgün hesab olunan iqtisadi addımlar müzakirə oluna bilər. Bu da Azərbaycan bazarının daha rəqabətli olmasına təkan verər . İkinci istiqamətdə isə ABŞ özəl sektoru ilə Azərbaycan özəl sektoru arsında daha sıx əlaqələr yarana bilər və iki ölkənin özəl biznes şirkətləri arasında güclü əməkdaşlıq ola bilər”,- deyə qonaq bildirib .

Azərbaycanda biznes sahəsində idarə etmənin daha da təkminləşdirilməsi şəffaflığın təmin edilməsi, ticarətə aid olan nizamnamə sisteminin təkmilləşdirlməsi kimi vacib prinsiplərin olduğunu söyləyən qonaq ölkədə bu prosesləri müşahidə etdiyni də vurğulayıb.
Qlobal.az