SON XƏBƏR

Livanın keçmiş baş naziri Səudiyyə Ərəbistanında girov götürülüb

Noyabr 10
00:27 2017
Bu yaxınlarda Livanda baş nazir vəzifəsindən istefa vermiş Saad Həririni Ər-Riyadda zorla saxlayırlar. Virtualaz.org "Reuters”ə istinadən xəbər verir ki, bunu Livan hökumətində adının çəkilməsini istəməyən mənbə deyib.
 
Bildirildiyinə görə, rəsmi Beyrut ərəb və Qərb dövlətlərinə Ər-Riyada təzyiq göstərilməsi və Həririnin "azad edilməsi” xahişi ilə müraciət hazırlayır. Livanlı məmur Səudiyyə Ərəbistanının bu addımını Livanın suverenliyinə hücum kimi qiymətləndirib.
 
Dünən xəbər verilmişdi ki, Həririnin təyyarəsi Ər-Riyaddan Beyrita uçub. Lakin əldə edilmiş məlumata əsasən, onun özü təyyarədə olmayıb.
 
Xatırladaq ki, noyabrın 4-də Səudiyyə Ərəbistanına gəlmiş Saad Həriri istefa verdiyini bildirib. Bu qərarını o, İranın ölkəsinin daxili işlərinə qarışması, "Hizbullah” tərəfindən göstərilən təzyiq və ona hazırlanan sui-qəsd planları ilə əlaqələndirib.
 
Öz növbəsində, "Hizbullah”ın lideri Həsən Nəsrulla baş nazirin istefasını şərh edərkən Səudiyyə Ərəbistanını Livanın daxili işlərinə qarışmaqda ittiham edib və hazırlanan sui-qəsd barədə heç bir məlumatının olmadığını deyib.
 
Qərb KİV-ləri yazır ki, Həriri özünə qarşı hazırlanan sui-qəsd haqqında məlumat alan kimi ölkəni tərk edib. Bu barədə ona informasiyanın Səudiyyə Ərəbistanı tərəfindən ötürüldüyü deyilir. Səudiyyə Ərəbistanı tərəfi isə kəşfiyyat materiallarını ABŞ və ya İsrail mənbələrindən ala bilərdi.
 
Saad Həririnin atası Rafiq Həriri 2005-ci ildə Beyrutda qətlə yetirilib. Bombanın partlaması nəticəsində 22 nəfər həlak olmuşdu. Beynəlxalq təhqiqat terror aktının "Hizbullah”, İran və Suriya tərəsindən hazırlandığını bəyan etmişdi. Lakin təşkilatçılardan heç biri cəza almamışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook