SON XƏBƏR

Macarıstanın baş nazir miqrantları "müsəlman işğalçıları" adlandırdı

Yanvar 08
11:16 2018
Macarıstan baş naziri Viktor Orban Avropaya gələn miqrantları "müsəlman işğalçıları" adlandırıb və bəyan edib ki, ölkəsi qaçqınları qəbul etmək niyyətində deyil.
 
Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.
 
Baş nazirin fikrincə, müsəlman əhalisinin axını dövlət daxilində "paralel cəmiyyətlər"in yaranmasına gətirib çıxaracaq.
 
"Biz bu insanları müsəlman qaçqınlar hesab etmirik. Biz onlara müsəlman işğalçılar gözü ilə baxırıq", — deyə Orban bildirib.
 
O, həmçinin aparıcı Avropa dövlətləri liderlərini Macarıstana hörmətlə yanaşmağa çağırıb. Baş nazirin sözlərinə görə, bir çox Avropa İttifaqı ölkələri macar hökumətini Aİ-nin Birlik Fondundan vəsait almaqda, lakin qaçqın qəbulundan imtina etməkdə günahlandırır. Lakin Orban qeyd edib ki, bu qurumdan Macarıstana ayrılan vəsait heç bir halda qaçqın məsələsi ilə bağlı deyil, "ədalətli balans"ın olması ilə əlaqədardır, çünki Macarıstan tərəfi öz bazarını azad rəqabət üçün açıb.

Xatırladaq ki, ötən ilin sonunda Avropa Komissiyası miqrantların köçürülməsi proqramı çərçivəsində qaçqınları qəbul etməkdən imtina etdiklərinə görə Macarıstan, Polşa və Çexiyanı məhkəməyə verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook