"MACCAFERRİ" Azərbaycandan getdi
May 10
15:30
2016
İtaliyanın ətraf mühitdə mühəndislik və müdəfiə işlərinin görülməsi ilə məşğul olan Maccaferri şirkəti Azərbaycanı tərk edib.
Devalvasiyadan sonra bu, ilk hal deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda 71 xarici şirkət və nümayəndəliyi fəaliyyətini dayandırıb. Bu isə investisiyaların ölkədən çıxması deməkdir. Xarici kapitallı təşkilatların ölkədən getməsi dalğası 21 fevral və 21 dekabr devalvasiyasından sonra daha çox nəzərə çarpır.
"Maccaferri Azerbaijan” MMC ləğv olunduğunu "Vergilər” qəzeti bildirib. İnformasiyaya görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi, ev 59, mənzil 63 ünvanına bildirə bilərlər.
130 yaşı olan yüzdən artıq ölkədə 70-dən çox törəmə müəssisəsi var. Onlarda 3 minədək əməkdaş çalışır.
Devalvasiyadan sonra bu, ilk hal deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda 71 xarici şirkət və nümayəndəliyi fəaliyyətini dayandırıb. Bu isə investisiyaların ölkədən çıxması deməkdir. Xarici kapitallı təşkilatların ölkədən getməsi dalğası 21 fevral və 21 dekabr devalvasiyasından sonra daha çox nəzərə çarpır.
Bu şirkətlərin çoxu neft layhələrinə xidmət, İKT və büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı Azərbaycana gəlmişdilər. (Contact)
Qlobal.az