Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində qanunsuz bina - FHN və Arxitektura Komitəsi hara baxır?
İyul 11
16:29
2023
Ötən yazımızda Abşeron rayonunda baş verən tikinti xaosundan yazmışdıq.
Həmin yazıda Abşeron rayonunda standartlara uyğun olmayan yaşayış binalarının sayı artdığını, gecəqondu tipində tikilən apartman formalı bu binaların böyük əksəriyyətinin sənədlərinin olmadığını vurğulayırdıq.
AzFakt.com-un əldə etdiyi məlumata görə qeyri-qanuni yaşayışı binalarından biri də Abşeron rayonunun Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində inşa edilib. Altı mərtəbə inşa edilən bu binanın tikintisi üçün Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən heç bir icazənin alınmadığı bildirilir
Bu qaçaq binanın tikintisi zamanı bir sıra qanunların pozulduğu, keyfiyyətsiz materiallardan (binanın tikintisi zamanı istifadə olunan armaturların 300 marka sex armaturu olduğu vurğulanır) istifadə edilib.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə ərazidə aparılan inşaat işləri barədə məlumatlandırma lövhəsi olmalıdır. Məlumatlandırma löhvəsi vasitəsi ilə vətəndaşlara ərazidə parılan tikinti barədə müfəssəl məlumat verilməlidir. Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları,müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır. Lakin Qaçaq Nəbi küçəsində inşa edilən qanunsuz 6 mərtəbəli binanın tikintisi zamanı heç bir mıəlumat löhvəsinin olmadığı, ümumiyyətlə bu binanın layihəçisi və icazə sənədi olmayıb.
Binanın tikintisində isə rəsmi müqavilə olmadan fəhlə və ustaların çalışıb.
Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində aparılan qanunsuz yaşayış binasının tikintisə isə Abşeron rayon İcra Hakimiyyəti və rayonda fəaliyyət göstərən digər aidiyyatı qurumlar "göz yumub". İddialara görə bina sahibinin yaxın qohumu Abşeron RİH-də yüksək vəzifədə çalışır. Məhz həmin məmurun vasitəsi ilə rayon İcra Hakimiyyətinin sözügedən qanunsuz yaşayış binasının tikintisinə göz yumduğu bildirilir.
Burada daha bir şübhəli məqam isə Fövqəladə Hallar Nazirliyinin də Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində aparılan qanunsuz yaşayış binasının tikintisinə müdaxilə etməməsidir.

Qanunsuz və keyfiyyətsiz formada aparılan tikintilərin dayandırılması üçün hüquqi səlahiyyəti olan Fövqəladə Hallar Nazirliyinin Masazır qəsəbəsinin Qaçaq Nəbi küçəsində tikilən yaşayış binasına vaxtında müdaxilə etməməsinin səbəbləri barədə növbəti yazımızda oxuculara məlumat verəcəyik.
Qlobal.az