SON XƏBƏR

Mehdiabadın unudulan küçəsi: Bəs buranı kim təmir edəcək?

Yanvar 10
15:44 2020
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 9-da "Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Sərəncama əsasən, Abşeron rayonun Mehdiabad, Saray, Ceyranbatan, Qobu və Masazır yaşayış məntəqələrində təmir olunacaq küçələrin siyahısı təsdiqlənib (aşağıda yazıya əlavə olunur).

Amma təəssüf ki, Mehdiabad qəsəbəsinin vəziyyəti bərbad olan əsas yollardan biri - Sabir Muradov küçəsi təmir olunacaq küçələrin siyahısına salınmayıb.

Bu küçə uzun illərdir ki, dövlət hesabına təmir olunmur. Bir neçə il əvvəl qəsəbə sakinləri öz hesabına yolu təmir etsə də, kanalizasiya sistemini çəkən qurumlar yolu yararsız hala salaraq, təmirsiz vziyyətdə saxlayıblar.

Hazırda küçə çox yararsız vəziyyətdədir, burada həm piyada, əm də avtomobillə hərəkət etmək, demək olar ki, mümkünsüz olub.

TƏMİR OLUNACAQ KÜÇƏLƏRİN SİYAHISI:

Mehdibad qəsəbəsi

1. Qara Qarayev
2. Cəfər Cabarlı
3. Əhməd Cavad
4. Çingiz Mustafayev

Qobu qəsəbəsi

1. Sona Salmanova
2. Mirzə Ələkbər Sabir
3. Qara Qarayev
4. Aşur Həsənbalayev
5. Çingiz Mustafayev

Saray qəsəbəsi

1. Mikayıl Müşviq

Ceyranbatan qəsəbəsi

1. Heydər Əliyev

Masazır kəndi

1. Qaçaq Nəbi
2. Hacı Zeynalabdin Tağıyev
3. Faiq Həsənov
4. Nazim Əsədov
5. Akim Abbasov
6. Şıxəli Qurbanov
 
Mənbə: Qaynarinfo.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook