SON XƏBƏR

Məhkəmə sakinləri bezdirən "MV-İnşaat MMC-nin direktorunu cərimələdi

Sentyabr 08
09:50 2022
"MV-İnşaat MMC-nin direktoru 2 min manat cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Abşeron rayon Məhkəməsinin qərar qəbul edib.

Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, "MV-İnşaat MMC-nin rəhbəri şəxsini İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib və ona 2000 manat məbləğində cərimə tətbiq edib.

Qərarın icrası isə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilib. 

Qeyd edək ki, "MV-İnşaat” MMC Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində 18 mərtəbəli yaşayış binası inşaa edib. Sözügedən binanın sakinləri məhkəməyə müraciət ediblər. Sakinlər KİV-ə də şikayət ünvanlayaraq bildiriblər ki, tikintisi 2006-cı ildə başlayan 18 mərtəbəli yaşayış binası vətəndaşların istifadəsinə verilsə də, binanın tamamlama işləri yekunlaşmayıb, sakinlər isə ciddi problemlərlə qarşılaşıblar.

Sakinlər bu qədər problemi olan çoxmənzilli yaşayış binasının istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən 0420 nömrəli, 29 mart 2020-ci il tarixli rəyi hansı əsaslarla verilməsini də sual edirlər. 

Xatırladaq ki, "MV-İnşaat” MMC-nin qanuni təmsilçi Rüfət Vahabov Vahab oğludur.
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook