SON XƏBƏR

Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib

Dekabr 24
18:12 2015
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dekabrın 24-də yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
 
APA-nın xəbərinə görə, Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli altıncı ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, Mehriban Əliyeva növbəti beş il müddətində federasiyaya rəhbərlik edəcək.
 
Səsvermə nəticəsində, həmçinin Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva federasiyanın İcraiyyə Komitəsinə üzv seçiliblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook