Məşhur azərbaycanlı samboçu Rusiyada saxlanılıb
Dekabr 12
19:26
2015
Məşhur azərbaycanlı samboçu Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb.
Trend RİA Novosti agentliyinə istinadən məlumat verir ki, S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur.
Məlumata əsasən, azərbaycanlı idmancı 2012-ci ildə kafedə iki nəfərdən, onları ölümlə hədə-qorxu gələrək, 3 milion rubl tələb edib.
Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.