SON XƏBƏR

Messidən təvazökar açıqlama: “İlk yarıda daha yaxşı idik”

Oktyabr 16
04:02 2023
Argentina millisinin hücumçusu Lionel Messi Paraqvayla 2026-cı il dünya çempionatının seçmə oyunu ilə bağlı təəssüratlarını bölüşüb.

Fanat.az xəbər verir ki, ESPN 36 yaşlı ulduz forvardın dediklərini belə çatdırıb.

"Yenidən oynadığım üçün özümü xoşbəxt hiss edirəm. Xüsusən də belə ağır matçda əvəzetmədən meydana daxil olmaq həmişə çətindir. Əsas odur ki, qalib gəldik və yaxşı oynadıq, xüsusən də fasilədən əvvəl”.

Qeyd edək ki, hazırkı dünya çempionu Argentina Paraqvaya 1:0 hesabı ilə qalib gəlib. Messi matçın 53-cü dəqiqəsində əvəzetmədən oyuna qoşulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook