SON XƏBƏR

"MİDA" Cəbrayılda yeni çoxmənzilli bina tikdirəcək

Fevral 20
12:29 2023
Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus "MİDA" MMC Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 2 lotdan ibarət açıq tender elan edib.

"Report” xəbər verir ki, hər lotda iştirak haqqı 1 200 manat təşkil edir.

İddiaçılar ilkin sənədləri aprelin 3-ü, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə aprelin 13-ü, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 14-ü, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook