SON XƏBƏR

MİDA mənzilləri 4 saniyəyə necə satıb?

Mart 30
15:42 2022
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib. Satışdan öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay müddətində DEMO versiya aktiv olub.

Qlobal.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur:

"Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir. Xatırladıram ki, onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir. Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm. Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik. Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik. Ümid edirəm ki, MİDA bu gün baş tutan satış və narazılıqlar haqqında ətraflı məlumat verəcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook