SON XƏBƏR

MİDA-nın tabeliyindəki şirkət 9 milyon manatlıq tenderə yekun vurub

İyun 22
11:28 2022
Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Lənkəran və Sumqayıt şəhərlərindəki çoxmənzilli yaşayış binalarının kommunikasiya (elektrik enerjisi və su təchizatı, kanalizasiya) şəbəkəsinin tikintisi, ərazinin şaquli planlaşdırılması və abadlaşdırılması, yolların çəkilməsi, səkilərin yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Enerji Qrup” və "Yar İnşaat Təmir Tikinti” MMC-lərdən ibarət konsorsiumdur.

Konsorsiuma 9,014 milyon manat ödəniləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook