SON XƏBƏR

Milli Kitabxanada milyonlarla vəsait təmir adı ilə mənimsənilib - Şok iddia

Aprel 27
11:09 2023
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında yaxın zamanlarda geniş miqyaslı audit başlayacaq. 
 
Qlobal.az xəbər verir ki, aparılacaq növbədənkənar auditə səbəb Milli Kitabxanada görülən təmir işlərində smetaların şişirdildiyi barədə olan şübhələrdir. 
 
Milli Kitabxanada son 3 ildə milyonlarla vəsaitin təmirə xərcləndiyi iddia edilir.
 
Məlumata görə Milli Kitabxanada təmir işlərini əsasən mediada "tender kralı" kimi tanınan Ramazan Məmmədova məxsus olduğu iddia edilən şirkətlərin apardığı deyilir. 
 
Məsələ ilə bağlı Milli Kitabxanadan mövqe öyrənə bilmədik. 
 
Qeyd edək ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovdur.
 
Kərim Tahirov eyni zamanda Milli Kitabxananın Elmi Şurasının sədridir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook