SON XƏBƏR

Moskvada 39 ustanı işlətdilər pul vermədilər – Cümşüd, Rahib və Elvin Musayevlər

Oktyabr 30
11:33 2017
Qlobal.az-a Azərbaycanlı ustaların beynəlxalq dələduz şəbəkə tərəfindən istismar olunduğu barədə məlumat daxil olub. 
 
Məlumata görə, iş adamı Cümşüd Musayev və oğulları Rahib və Elvin Musayevlər 39 nəfər ustanı aldadaraq rusiyaya işləməyə çağırıb. Ustalar borc tapıb yol pulu edib Moskvaya gediblər. Onları Moskvadan 30 kilometr kənarda, Odincovo rayonu Mitkino kəndində meşə zolağında yerləşən tikinti ərazisinə aparıblar. 15 gün işlədikdən sonra pul tələb edən ustalar pul almadıqlarına görə işlərini dayandırıb. Sonra təzyiqlərə məruz qalıblar. Onlara omon və reketlərlə hədə qorxu gəlib işlərini davam etdirməyi tələb ediblər. Elvin və Rahib öz mühafizəçilərinin iştirakıyla ustaların bir neçəsini döyüb xəsarət yetiriblər və ağır söyünclərlə təhqir ediblər.
 
Məlumatda deyilir ki, ustalara "bura kriminal Rusiyadır, sizi öldürüb qanınızı batırarıq",-deyə təhdid ediblər. Qardaşlardan Elvin Musayev dəfələrlə tikinti yerinə gəlib ustaların üzərinə pistolet tutub və "o yan bu yan edəni yerindəcə güllələyəcəyəm" deyib. Ustaların üstünə idmançı ruslardan mühafizə qoyublar ki, məcbur işləsinlər.
 
Ustalar deyir ki, biz özümüzü düşmən əsirliyindəki kimi hiss edirdik. Çox qorxurduq. Hətta iş bitəndən sonra bizi öldürüb meşədə basdıra bilərlər fikirləri hər an bizi qorxuda saxlayırdı. Biz yalvarırdıq ki, ailəmiz uşağımız var, bizi öldürməyin nə istəsəniz edərik. Sonra bir neçə usta gecəylə pəncərədən düşüb qaça bilib. Meşəylə gəlib yola çıxıblar. İş qurtarandan sonra ustaları buraxıblar heç yol puluda verməyiblər.
 
Ustalar bildirir ki, öz millətimizin nümayəndələri tərəfindən belə bir vəziyyətə düşəcəyimizə inanmazdıq. Erməni bizə bunu etməzdi özümüzünkülər etdi. Orada başqa millətlərdən olan ustalar bizə bildirdilər ki, onlarda 3 aydan çox işləsələr də pullarını ala bilmirlər. Bu işlərin başında dayanan İlqar Hacıyev adlı Akkord şirkətinin Rusiyadakı prezidentidir. Deyilənə görə İlqar Hacıyev əvvəllər Akkardun Azərbaycanda prezidenti olub. Ustalar bildirir ki, özümüzə vəkil tutmuşuq bu günlərdə ərizələri yığıb baş prokurorluğa və ölkə başcısı cənab İlham Əliyevə müraciət etməyə hazırlaşırıq. Rusiyanın Bakıdakı səfirliyinə və rusiyada FSB yə rəsmi müraciət edəcəyik. Ustalar bildirir ki, "gördükləri iş kvadrata vurulsa hər bir usta orta hesabla 2000 manatdan 5000 manatadək maddi zərər dəyməklə yanaşı həm də mənəvi zərər dəyib. 3 ay çölün düzündə təzyiq və qorxu altında yarı ac yarı tox yaşayıblar. Özünüz hesablayın 150 min manat bizə pul verəsidilər. Biz hüquqlarımızın bərpa olunması üçün sona qədər gedəcəyik". 
 
Qarşı tərəf də münasibət bildirə bilər.
 
Qeyd: Yazıda adları çəkilən şəxslərdən Cümşüd Musayevin telefonuna zəng edib münasibət öyrənməyə çalışsaq da Cümşüd Musayev zənglərimizə cavab vermədi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook