SON XƏBƏR

"Muğanbank" ASC bəyanat yaydı

Aprel 02
16:02 2016
"Muğanbank" ASC bəyanat yayıb.
 
Qlobal.az-ın redaksiyasına göndərilmiş bəyanatda deyilir:
 
Bir sıra KİV –də , "Muğanbank " ASC-nin məsul şəxsinə qarşı cinayət işinin açılması barədə məlumat yayılmışdır.
  
Bununla bağlı bildiririk ki, "Muğanbank”-ın müştərisi bankdan kredit götürmüş və kredit üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən tələb məhkəmə qaydasında kreditin təminatı olan ipoteka predmetinə (mənzilə) yönəldilmişdir. Məhkəmə zamanı müəyyən olunmuşdur ki, mənzilin mülkiyyətçisi adından Banka təqdim edilmiş etibarnamə saxtalaşdırılmışdır. Bu faktla bağlı Muğanbank məhkəmədən xüsusi qərardad çıxarılmasını və prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Nəticədə "Muğanbank”-ın müraciətinə əsasən bu fakt üzrə - müştərinin banka saxta sənəd təqdim etdiyinə görə cinayət işinin başlanması haqqında qərar çıxarılmış və iş hal hazırda istintaq mərhələsindədir.
  
"Muğanbank”-ın heç bir əməkdaşı və ya məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunmamışdır.
 
Qeyd edək ki, son devalvasiyadan sonra ciddi maliyyə problemləri yaşayan "Muğanbank" ASC-nin reytinqini "Standard & Poor's" beynəlxalq reytinq agentliyi "B-/C" səviyyəsində saxlayıb, reytinq üzrə proqnozu isə "stabil"dən "neqativ"ə azaldıb. Qlobal.az-ın bir müddət əvvəl "Report"a istinadən verdiyi məlumata görə, agentlik bu dəyişikliyi Azərbaycan bankının kredit portfelindəki artan risklərlə əsaslandırıb. Qurumun Moskva ofisindən verilən açıqlamada isə Azərbaycan iqtisadiyyatında müşahidə olunan yavaşlamanın "Muğanbank"ın aktivlərinin keyfiyyətinin pisləşməsinə və gəlirlərinin azalmasına təsir edəcəyi qeyd olunurdu.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook