SON XƏBƏR

Müxtəlif peşə sahibləri sosial mənzil ala biləcək - ŞƏRTLƏR - VİDEO

Aprel 19
11:41 2017
Sosial mənzil əldə etmək üçün qeydiyyat məhdudiyyəti olmayacaq. Mənzil qanunvericiliyi yaşadığı yerindən asılı olmayaraq güzəştli şərtlərlə ev almaq hüququna malik olan və evsizlərə bu şəraiti yaradır.

Xezerxeber.az məlumat verir ki, bu zaman müraciət edənin gənc ailənin üzvü olması şərtdir. Bu da ailə sahiblərinin yaşlarını gündəmə gətirir.

Sosial evləri almaq üçün müraciət edənlərin rəsmi əmək haqları bilinməlidir, çünki iş yerindən arayış tələb edilir. Şəhid, Milli Qəhrəman ailəsi, qaçqın, fəlsəfə doktoru elmi dərəcəsi olan, ən az 5 il müəllim işləyən, 3 il dövlət qulluğunda işləyən, idman sahəsində xüsusi xidmətləri olan şəxslər, ən azı 3 il hərbi xidmətdə olan və ya 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər sosial mənzil ala bilərlər.

Lakin iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, bu kateqoriyaya daxil olan və usta, dərzi, bərbər, mühafizəçi kimi fəaliyyət göstərən peşə sahibləri də sosial mənzil almaq hüququna sahib ola bilərlər. Bir şərtlə ki, həmin şəxslərin VÖEN-i olmalıdır. Belə olan halda onların bir il ərzində nə qədər pul qazandıqlarını müəyyən etmək mümkün olacaq və aylıq ödənişlər hesablanan zaman həmin sənəd əsas götürüləcək.

Qanunvericilik qaçqınlar və məcburi köçkünlər üçün bu mənzilləri əldə etmək hüququ verir. Bu zaman onlar bəzi detalları nəzərə almalıdırlar.

Güzəştli mənzil əldə etmək üçün qeydiyyat mayın 1-dən başlayacaq. Qaydalara uyğun olaraq məhz ilk müraciət edənlərin sorğusuna baxılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook