Natiq Əliyev: Azəraycan bərpa olunan enerji istehsalı üçün əlverişli iqlimə malikdir
Mart 29
12:00
2016
«Hər bir ölkənin özünün enerji siyasəti olmalı, yalnız neft və qazdan deyil, ölkə daxilində mövcud bütün enerji mənbələrindən istifadə edilməlidir».
Bu fikri energetika naziri Natiq Əliyev deyib.
N.Əliyev bildirib ki, Azərbaycan ənənəvi neft ölkəsi statusu ilə yanaşı, bərpa olunan enerji istehsalı üçün də əlverişli iqlimə malikdir. Belə ki, Abşeron yarımadası və digər ərazilərin çox vaxt küləkli olması və il ərzində günəşli günlərin sayının çoxluğu Azərbaycanda bərpa olunan enerjinin istehsalı üçün cəlbedicidir.
«Hazırda Azərbaycan İtaliya, İspaniya və digər Avropa ölkələrinin bərpa olunan enerji istehsalı təcrübəsini öyrənir. Növbəti 10 il Azərbaycan üçün alternativ və bərpa olunan enerji dövrü olacaq»- deyə, nazir vurğulayıb.
Qlobal.az