SON XƏBƏR

Naxçıvan-Məşhəd qatarı istifadəyə veriləcək

Mart 30
13:42 2016
Yaxın gələcəkdə Naxçıvan-Məşhəd qatarı istifadəyə veriləcək.
 
Bu sözləri İranın Dəmir Yolları İdarəsinin rəsmisi Abbas Hacı Fəthəli yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, bu məsələni fevralda "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə Naxçıvanda keçirdiyi görüşdə müzakirə edib və razılıq əldə olunub.
 
Qeyd etmək lazımdır ki, Naxçıvan-Məşhəd qatarının istifadəyə verilməsi üçün zəruri infrastruktur mövcuddur. Hələ SSRİ dövründə Moskva-Tehran qatarı Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan İran ərazisinə keçərək Təbrizə, oradan isə Tehrana doğru hərəkət edirdi.
 
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində həmin infrastrukturdan istifadə etməklə Naxçıvan-Təbriz marşrutu ilə qatar istifadəyə verilmiş, insanların gediş-gəlişi intensivləşmiş, ticarət əlaqələri isə genişlənmişdi. Sonralar rentabelli olmadığı üçün Naxçıvan-Təbriz marşrutu fəaliyyətini dayandırdı.
 
Bu gün Naxçıvanın iqtisadi inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması Naxçıvan-Məşhəd qatar marşrutunun istifadəyə verilməsi üçün imkan yaradıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook