SON XƏBƏR

​Naxçıvanda 20 il ərzində 70 758 ailəyə torpaq sahəsi verilib

Mart 31
11:00 2016
Son 20 il ərzində Naxçıvan Muxtar Respublikasında 205 kəndi əhatə edən 132 təsərrüfatda islahatlar aparılıb, 70 min 758 ailəyə və ya 24 146 nəfərə torpaq sahəsi verilib.

"Report"un xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat verib.

O bildirib ki, qəbul olunan dövlət proqramlarının uğurlu icrası kənd təsərrüfatının bütün sahələrində nailiyyətlər qazanılmasına imkan verib: "2015-ci ildə muxtar respublika üzrə 106 min 282 ton taxıl, 4481 ton dən üçün qarğıdalı, 6589 ton dənli-paxlalılar, 690 ton dən üçün günəbaxan, 45 min 43 ton kartof, 82 min 16 ton tərəvəz, 38 min 3 ton bostan, 51 min 111 ton meyvə, 15 min 354 ton üzüm məhsulu istehsal edilib, 96 milyon ABŞ dollarından artıq kənd təsərrüfatı məhsulları ixrac olunub".
 
Qlobal.az











Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook