Naxçıvanda “BMT Modeli” adlı konfrans keçirilir
May 13
12:24
2016
Mayın 12-də Naxçıvan Dövlət Universitetində "BMT Modeli” konfransı öz işinə başlayıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” adlı birgə layihəsi çərçivəsində keçirilən konfransı BMT-nin İnkişaf Proqramının strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev açıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, olimpiya-idman kompleksləri, idman mərkəzləri tikilərək və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı regionumuzda gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası gənc istedadlarının "Qızıl kitabı” təsis edilib. Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Rəssamlar Birliyinin, Yazıçılar Birliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və bu kimi təşkilatların məqsədyönlü fəaliyyəti nəticəsində muxtar respublikada fəal gənclərin sayı gündən-günə artır, istedadlı rəssamlar, yazıçılar, şairlər nəsli yetişir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında hər zaman diqqətdə saxlanılan məsələlərdən biri də təhsilli nəslin yetişdirilməsidir. Bu gün muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və "Naxçıvan” Universiteti ən son dünya təhsil standartlarına cavab verən təhsil müəssisələridir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında diqqətdə saxlanılan sahələrdən biri də gənc idmançılar nəslinin yetişdirilməsidir. Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bütün bunlar da idmançıların təcrübə qazanması və peşəkar idmançı kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Digər bir tərəfdən yaradılan şərait gənclərin asudə vaxtının səmərəli təşkilinə və onların idman federasiyalarına cəlbinə səbəb olub. Bu gün gənc idmançılara qayğı göstərilir, onların adı Naxçıvan Muxtar Respublikası gənc istedadlarının "Qızıl kitabı”na salınır.
Azad Cabbarov bildirib ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında gənclərin bütün sahələrdə irəli çəkilməsi, onların intellektual səviyyələrinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvər ruhda tərbiyə olunması, beynəlxalq əhəmiyyətli tədbirlərdə yaxından iştirakı, cəmiyyətin və dövlətin idarə olunmasında birbaşa səlahiyyətli olması məsələləri daim diqqətdə saxlanılır. Gənclər də onlara göstərilən qayğıya cavab olaraq özlərini cəmiyyətin ən layiqli təbəqəsi kimi formalaşdırmağa, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafında potensial imkanlarını səfərbər etməyə çalışırlar.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ölkəmizdə gənclər siyasəti sahəsində mühüm nailiyyətlər əldə olunub. Azərbaycan gəncləri dünyada müxtəlif tədbirlərdə elm, təhsil, idman, mədəniyyət və digər sahələrdə ölkəmizi layiqincə təmsil edirlər.
Qeyd olunub ki, keçirilən konfrans gənclərin qlobal müzakirələrdə iştirakı, öz fikirlərini çatdırmaq və mövqeyini əsaslandırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu da hazırkı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizin mövqeyinin düzgün təbliğində böyük rol oynayır.
"Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev və Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək hər iki ali təhsil müəssisəsində beynəlxalq əməkdaşlığın mövcud vəziyyəti və tələbələrin bu sahədəki fəaliyyətlərindən danışıblar.
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai çıxış edərək bildirib ki, bu konfrans paytaxt Bakıdan sonra regionlarda təşkil olunan ilk BMT konfransıdır. Konfransın keçirilməsində əsas məqsəd gənclərə səlahiyyətlərin verilməsi, onların diplomatik qabiliyyətlərinin inkişaf etdirilməsidir. Bu, gənclərə təkcə diplomatik qabiliyyətlər yox, həm də onlara iş zamanı müsahibə vermək, davranış qabiliyyətlərini öyrədir ki, bu da onların gələcək fəaliyyətlərində mühüm rol oynayacaqdır. "Biz əlimizdən gələni edəcəyik ki, onlar gələcəkdə Azərbaycanı başqa ölkələrdə layiqincə təmsil etsinlər”, – deyən Qulam İsakzai qeyd edib ki, biz gənclərə həm də BMT-nin dəyər və prinsiplərini dünyada təbliğ etməyi, gender bərabərliyini, iqlim dəyişiklikləri ilə mübarizə və digər prinsipləri öyrədəcəyik. Nəzərə alsaq ki, Azərbaycan beynəlxalq arenada olduqca aktivdir, ona görə də azərbaycanlı gənclərin BMT-nin dəyər və prinsiplərini bilməsi çox vacibdir. Bu, bizim Naxçıvanda sonuncu tədbirimiz deyil. Belə layihələr bundan sonra da davam etdiriləcək.
Sonda Bakı şəhərində keçirilən konfransdan bəhs edən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, tədbirin əsas məqsədi ölkədə BMT Modeli (MUN) hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin yaradılmasıdır. Mayın 15-dək davam edəcək konfransda BMT Baş Assambleyasının işi simulyasiya ediləcək. Naxçıvan Muxtar Respublikası və Azərbaycanın digər ali təhsil müəssisələri tələbələrinin iştirak etdiyi müzakirələrdə "Ən yaxşı nümayəndə”, "Ən yaxşı debütant” və "Ən yaxşı debatçı” nominasiyaları üzrə qaliblər seçiləcək.
Qlobal.az