SON XƏBƏR

Naxçıvanda cüdoçular üçün seminar təşkil edilib

Fevral 07
17:39 2016
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası idmançılar üçün seminarların keçirilməsini davam etdirir. Ötən il olduğu kimi, builki seminarlarda da Azərbaycanın tanınmış məşqçiləri, idman ustaları iştirak edirlər.
 
Fevralın 5-də federasiyanın nəzdində fəaliyyət göstərən cüdo bölməsinin yetirmələri üçün təşkil olunan nəzəri və praktiki seminarda Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ikiqat Avropa çempionu Tərlan Poladov iştirak edib. Əvvəlcə idmançılara cüdonun yeni qaydaları haqda məlumat verən məşqçi sonra praktiki olaraq yeni tərtib olunan qaydaları idmançılara nümayiş etdirib.
 
Məşqdən sonra Tərlan Poladovun fikirlərini öyrəndik: "Seminarın təşkilində məqsəd idmançılara yeni qaydalar haqqında məlumat vermək və məşq prosesində olan bəzi fəndləri aşılamaqdır. Muxtar respublikada bu idman növünün inkişafı üçün hərtərəfli şərait yaradılıb, idmançılarda da yüksək əhval-ruhiyyə var. Keçirilən məşqdən sonra məşqçilərlə də söhbətlərimiz, fikir mübadiləmiz oldu. Federasiya ilə birgə belə tədbirlərin qarşıdakı aylarda da təşkili nəzərdə tutulub”.
 
Federasiyanın sədr müavini Faiq İsgəndərov isə bunları bildirdi: "Güləş Federasiyası belə seminarları mütəmadi olaraq təşkil edir. Federasiyamızın tərkibində olan idman növlərinin hər birinə ayrılıqda xüsusi diqqət göstərilir. Məqsədimiz həmin idman növlərini muxtar respublikada inkişaf etdirmək, idmançılarımızın beynəlxalq yarış təcrübəsini artırmaqdır. Keçirilən seminarlarda hər zaman tanınmış idmançılar, məşqçilər iştirak edirlər. Çalışırıq ki, seminarlar daha çox praktiki yöndə olsun. Eyni zamanda nəzəri seminarlarımızda da məşqçilərə, idmançılara məlumatlar verilir”.
 
Ceyhun Məmmədov
 
şerqinqapısı.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook