SON XƏBƏR

Nazir müavinin şirkət rəhbəri olan qohumu məhkəmədə iş qaldırdı - FOTO

May 31
15:42 2023
"Ekvita” Consulting MMC-nin rəhbəri İlqar Mehti "Etalon İnşaat" Mənzil-Tikinti Kooperativini və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsini məhkəməyə verib.

İ.Mehtinin sözügedən qurumları məhkəməyə verməsininə səbəb korporativ mübahisələrlə bağlıdır.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Ekvita”nın rəhbəri İlqar Mehtinin nazir müavini Anar Kərimovun qaynı olduğu bildirilir. İddia olunur ki, nazir müavini sirkətin partyoru olmaqla bərabər onun həmtəsisçilərindən biridir.

Xatırladaq ki, 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən "Etalon İnşaat" MTK-nın vəzifəli şəxsləri 1976-cı il təvəllüdlü Azad Həsənova 8 il və 1980-ci il təvəllüdlü Elnur Vəliyevə 10 il həbs cəzası verilib.
 
Mənbə: Komersant.az
 
Qlobal.az
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook