SON XƏBƏR

Nazirin Panama biznesindən faktlar

Aprel 14
08:46 2016
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Birliyinin (İCİJ) nəşr etdiyi "Panama sənədləri”ndə vergilər naziri Fazil Məmmədov da var. Nazirə məxsus offşor şirkətlər ortaya çıxıb.
 
Vizual.az xəbər verir ki, Fazil Məmmədovun beynəlxalq səviyyədə biznes planları 2003-cü ildə işə düşüb. Belə ki, ən böyük layihələrindən birini - Ata Holdinqi qurub. 2014-ci ildə şirkətin aktivləri 490 milyon dollar çatıb.
 
Sənədlərdə Məmmədovun adı tez-tez keçir. Daha sonra F.Məmmədov Panamada "FM Management” adlı bir şirkət qurub. Nazir qısa bir müddət sonra yenə eyni ölkədə "UF Universe” adlı təşkilat yaradır.
 
Bu təşkilatdakı hissələrin yalnız 30 %-i Fazil Məmmədova məxsus olur. Panamada qurulan bu şirkətlər və təşkilatların tam olaraq hansı işlə məşğul olduğu bilinmir. "UF Universe” adlı təşkilat 2007-ci ildə nazirin istəyi ilə bağlanıb. Lakin 2014-ci ildə 9 min dollarlıq əməliyyat qarşılığında yenidən fəaliyyətə başlayıb.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook