SON XƏBƏR

Nazirliklə tanınmış memar arasında 200 minlik müqavilə

Noyabr 04
17:18 2022
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti "FQ.Partners” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 212 400 AZN olan müqavilədə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlarının və mühafizə zonalarının layihələrinin hazırlanması işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "FQ.Partners” MMC 7 iyul 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi, ev 45, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Qaçayev Fərid Məmməd oğludur.

"FQ. Partners” MMC 7 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin fəaliyyət sferası bəlli deyil. 

Fərid Qaçayev Azərbaycanın tanınmış memarlarından biridir. 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook