SON XƏBƏR

Neft Fondu 5 banka 28,35 milyon dollar satdı

Mart 30
16:01 2016
Bu gün Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi hərraca Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.

Fonddan "Report"a verilən məlumata görə, bu vəsaitdən 28,35 mln. dollar 5 kommersiya bankına satılıb. Yəni, tələb təklifin 28,4%-i səviyyəsində olub.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə məlumatda qeyd olunub.


Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook