"Neft hasilatının dondurulması qiymətlərə müsbət təsir göstərə bilər"
Mart 19
08:29
2016
İri neft hasilatçısı ölkələri arasında 2016-cı ildə hasilatın orta hesabla yanvardakı səviyyədə saxlanılması barədə sazişin əldə olunması neftin qiymətlərinə dərhal müsbət təsir göstərə bilər.
"Report" xəbər verir ki, bunu dünyanın böyük energetika şirkətlərindən biri olan, İtaliya "Eni SpA"sının baş direktoru Klaudio Deskalsi bildirib.
"OPEK-in hasilatın dondurulmasına dair razılığı dərhal qiymətlərə müsbət təsir göstərə bilər", — deyə "Bloomberg" agentliyi onun sözlərini sitat gətirib.
Neft hasilatçısı ölkələrinin geniş formatda görüşü aprelin 17-də Dohada gözlənilir. Bu görüşdə neft hasilatının dondurulması barədə qərar qəbul oluna bilər.
Qlobal.az