Nəsimi rayonunda ağacları doğrayan "Ay İnşaat" MMC cəzalandırılıb
Yanvar 27
12:47
2023
Nəsimi rayonu, Moskva prospekti 72 ünvanında yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı və oradakı ağacların kəsilmə təhlükəsinin olması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ərazidə "Ay Ìnşaat” MMC tərəfindən tikinti işlərinin aparıldığı, ağac kəsintisi faktının olmadığı, lakin tikinti ətrafındakı ağacların mühafizəsi ilə bağlı tədbirlərin görülmədiyi müəyyən edilib.
Faktla bağlı MMC barəsində hüquqi şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Qlobal.az