SON XƏBƏR

OLYMPUS tikinti şirkəti vətəndaşın evini yararsız hala salıb - Şikayət

Yanvar 07
14:25 2022
Nəsimi rayonu, Abay döngəsi ev 17/22 ünvanında dədə-baba yurdu olan 275.4 kv metrdən ibarət mülkdə yaşayan Nərgiz Quliyevanın qanunsuz sökülməkdə olan evi ilə bağlı müraciət daxil olub. Məktubda bildirilir ki, mənzil, OLYMPUS tikinti şirkəti tərəfindən yararsız hala salınıb.

"Bakı Şəhəri İcra Hakimiyyətinin 22.05.1992-ci il tarixli 195/ 10420 saylı qərarı ilə həmin ev qanuni sənədləşərək texniki pasportla qeydiyyata alınıbdır. OLYMPUS tikinti şirkəti tərəfindən, bu mülkün bir divarını təmiz uçurdularaq yerinə divar əvəzi bir şifir qoyublar, evin digər divarını da ovublar. Evin içərisi isə demək olar ki, yararsız hala düşüb, otaqların divarları çat-çat olaraq uçulub dağılmaq üzrədir. Evin yanına isə vaqon qoyublar. Ev demək olar ki, havada qalıb. Evin belə bir vəziyyətdə olması isə yaşayış üçün hər an təhlükəlidir”.

Məktubda qeyd olunub ki, həmin ərazidə olan əlavə evlər şirkət tərəfindən köçürüldüyündən, orada tək qalan ev Nərgiz Quliyevaya məxsus olan dədə-baba mülküdür.

"Bunu etməkdə səbəb şirkətin hədsiz tamahkarlığı və böyük bir haqsızlığıdır. 300 kv metrə yaxın bir mülkə dəyər əvəzi OLYMPUS tikinti şirkəti 80 kv metr yer təklif edir. Bu, olduqca absurddur. Tikinti aparılan ərazidə sökülən hər hansı evin kvadratı nə qədərdirsə, tikinti şirkəti də onun müqabilində həmin vətəndaşa dəyəri qədər ya pul verməli, ya da tam-mütənasib qaydada mənzillə təmin etməlidir. Yəni sökülən evin kvadratı qədər də əvəzi verilməlidir. OLYMPUS tikinti şirkəti isə əksinə çalışır”.

Məsələ ilə bağlı OLYMPUS tikinti şirkətinin rəsmi saytında qeyd olunan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Telefonu götürən şəxs, özünü satış meneceri kimi təqdim edərək, bu məsələnin baş ofisinlə bağlı olduğunu, onlarla isə özünün heç bir əlaqələsinin olmadığını və hətta baş ofisin əlaqə nömrələrini belə bilmədiyini bildirdi.

Mənbə: Bizimyol.info
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook