SON XƏBƏR

OPEK: Neft bazarında qiymətlər tədricən sabitləşəcək

Mart 22
11:03 2016
Dünya bazarlarında xam neftin qiymətinin kəskin düşməsindən sonra Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) tədricən bazarlarda qiymətlərin sabitləşəcəyi qənaətindədir. Bu fikirlərin martın 21-də Vyanada keçirilən Avropa İttifaqı - OPEK Enerji Dialoqunun 12-ci yüksək səviyyəli toplantısında OPEK-in Baş katibi Abdalla Salem əl-Badri söyləyib. Avropa İttifaqının iqlim fəaliyyəti və enerji üzrə komissarı Miqel Arias Kanete ilə görüşdən sonra əl-Badri bildirib ki, dünya bazarlarında qiymətlər tədricən yüksələcək və bu trend davam edəcək.
 
Onun sözlərinə görə, OPEK ölkələri neft hasilatının həcmində dəyişiklik aparılması ətrafında müzakirələr aparmaq üçün aprelin 17-də Qətər Əmirliyində toplantı keçirəcək. Toplantıda təşkilata üzv 13 ölkə ilə yanaşı, neft hasilatçısı olan bir neçə qeyri-OPEK ölkəsinin nümayəndələrinin iştirakı da gözlənilir.
 
Azərtac



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook