SON XƏBƏR

"PASHA Holding" Azərbaycanda taksi xidmətinə başlayır - Bazarı nə gözləyir?

May 03
17:15 2023
«PASHA Holding» Azərbaycanın taksi bazarına daxil olub.

Qlobal.az FED.az-a istinadla xəbər verir ki, Holdinqin "Umico” brendi (Competo MMC) Ukraynaının "Uklon” taksi şirkəti ilə əməkdaşlığa başlayıb. Artıq bu gündən yeni taksi xidməti sifarişləri qəbul etməyə başlayıb.

Bu prosesdə «Paşa Holdinq»in tərəfdaşı olan "Uklon Azərbaycan” MMC bu ilin fevralında «Paşa Holdinq»lə eyni ünvanda (Neftçilər pr., ev 153) qeydiyyatdan keçib, nizamnamə kapitalı 100 000 ABŞ dollarıdır.

İKT üzrə ekspert, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, bu yenilik, əsasən xarici taksi şirkətlərin hökmranlıq etdiyi Azərbaycanın taksi xidmətləri bazarında rəqabəti bir qədər də gərginləşdirəcək.

Ekspert yazır:

«Belə görünür ki, «PAŞA Holdinq» çatdırılma, e-ticarət, taksi xidməti və s. funksionallıqlara sahib olan Umico-nu daha nəhəng bir platformaya çevirmək niyyətindədir. Beləliklə , Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərin sayı 5-ə çatıb:

1. Uber ( Bu brendin MDB-də sahibi Yandex-dir. Belə ki, xeyli müddətdir ki, Amerikanın qlobal taksi şirkəti olan Uber Azərbaycanda öz payını Rusiyanın Yandex şirkətinə satıb)

2. Bolt (Estoniya)

3. Yango (Rusiya, Yandex)

4. Maxim (Ukrayna)

5. Uklon Azərbaycan (Umico, PAŞA Holdinq)

Ölkəmizdə taksi bazarında rəqabət ifrat dərəcədə güclüdür. Yüzlərlə taksi şirkətləri var. On minlərlə taksi sürücüləri bu bazarda xidmət göstərir. Xarici taksi şirkətləri daha innovativ həllər təklif edirlər. Qiymətlər də kifayət qədər ucuzdur.

Bu xidmətin keyfiyyəti ilə bağlı zaman-zaman çoxlu narazılıqlar da müşahidə olunur.

Belə bir şəraitdə, «Uklon»nun «Umico» ilə əməkdaşlıq çərçivəsində, yerli şirkət olaraq bazara daxil olması çox düşündürücüdür.

Düşünmək olar ki, rəqabətin güclü olduğu bu bazara yeni şirkətin daxil olması xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək, bu baxımdan atılan addımı müsbət dəyərləndirmək olar.

Lakin burada digər yerli taksi şirkətlərinin, vergi ödəyiciləri olan taksi sürücülərinin rəqabətə davamlılığı ilə bağlı risklər də qaçılmaz ola bilər.

Ümumiyyətlə, qiymətlərin hədsiz ucuzlaşması ilə, taksi bazarında 100-dək yerli taksi şirkətinin, 5 xarici taksi şirkətinin olduğu bir şəraitdə taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi də sual altında qalır».


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook