Paytaxtda minə yaxın bina söküləcək – Rəsmi
Noyabr 02
10:16
2022
Paytaxt Bakıda istismar müddəti başa çatan 9 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.
Bu barədə məlumatı "Xəzər xəbər”ə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
"Bakıda 1000-ə qədər qəzalı vəziyyətdə bina mövcuddur. Bu binalarda 100-dən 200-ə qədər ailə yaşayır. Artıq xüsusi proqram hazırlanıb”, – şəhər meri deyib.