SON XƏBƏR

Pentaqon: PYD ilə iş birliyimiz davam edəcək

Noyabr 28
08:25 2017
Pentaqon PKK-nın qolu olan PYD ilə iş birliyini davam etdirəcək.
 
"Report"un məlumatına görə, bu barədə "Haberturk" xəbər yayıb. Məlumata görə, ABŞ-ın Müdafiə Nazirliyi PYD ilə iş birliyini davam etdirmək niyyətindədir. Belə ki, hərbi qurum kürd separatçılarına hərbi yardımın nəzərdən keçirdiyini açıqlayıb. 
 
Bununla yanaşı, PKK-nın digər qoluna da silahların verilməsinin məhdudlaşdırıldığı bildirilir.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl PKK-nın Suriya qolu sayılan YPQ-ə silah-sursatın verilməyəcəyinə dair qərar qəbul edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook