Poroşenkonun impiçmenti - 100 mindən çox səs toplandı
Dekabr 05
00:49
2017
Ukrayna prezidenti Pyotr Poroşenkonun impiçmenti üçün Change.org portalında yerləşdirilən müraciəti 100 mindən çox insan dəstəkləyib.
Publika.az xəbər verir ki, Ukrayna blogerləri və jurnalistlərin təşəbbüskarı olduğu müraciət Ali Radanın deputatları, həmçinin beynəlxalq partnyorlara, xüsusi halda ABŞ Dövlət Administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerə ünvanlanıb.
Müraciətdə qeyd edilir ki, Poroşenkonun siyasəti söz azadlığı sahəsində vəziyyətin pisləşməsinə və müxalifət KİV-inə təzyiqlərə gətirib çıxarıb.
"Bizim fikrimizcə, yuxarıda göstərilən informasiya prezident Poroşenkonun impiçmenti prosedurunun işə salınması üçün kifayət edir”, - müraciətdə deyilir.