SON XƏBƏR

Prezidentin açılışını etdiyi keçidə hansı üzlük vurulub?

İyun 23
15:41 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışını etdi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə müasir üslüblu keçidin üstünlükləri barədə məlumat verdi. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə paytaxt yollarında olan keçidlərinin içərisində xüsusi memarlıq forması ilə seçilən keçidin inşasında çin istehsalı olan üzlük materiallardan istifadə edildiyi deyilir. 
 
Belə ki, keçiddə istifadə olunan alkopan tipli üzlük örtüklərin Çin malı olduğu, zərbəyə, küləyə və yanğına qarşı dözümsüz material olduğu bildirilir. 
 
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən münasibət öyrənə bilmədik.
 
Xatırladaq ki, ötən ilin mart ayında "Diqlas" Ticarət Mərkəzinin qısa zaman ərzində yanmasının əsas səbəblərindən biri ticarət mərkəzinin fasadının Çin istehsallı alkopan örtüklərindən olduğu göstərilirdi. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook