Puçdemon Kataloniya parlamentinin hökuməti bərpa etməyə dair qərarına hörmətlə yanaşmağa çağırıb
Yanvar 16
09:29
2018
Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon İspaniya hökumətinin başçısı Mariano Rahoyu regional parlamentin üzvləri vəzifədən kənarlaşdırılan muxtariyyət hökumətinin bərpasına dair qərarına hörmətlə yanaşmağa çağırıb.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Belçikaya qaçan siyasətçi öz "Twitter" səhifəsində yazıb.
Puçdemon xatırladıb ki, ötən il dekabrın 21-də regionda keçirilən seçkilərdə Xalq Partiyası 135 nəfərlik parlamentdə yalnız 4 yerə sahib olub.
Buna baxmayaraq, o, bildirib ki, Rahoy Madriddən Kataloniyanı idarə etməyə davam edir: "Qoy demokrat olsun və Kataloniya parlamentinin hökuməti bərpa etməyə dair qərarına hörmətlə yanaşsın", - Puçdemon yazıb.