SON XƏBƏR

Putin nüvə başlığı daşıya bilən təyyarə ilə uçuş edib

Fevral 23
14:51 2024
Rusiya lideri Vladimir Putin ötən gün Tatarıstan Respublikasının paytaxtı Kazanda nüvə başlığı daşıya bilən "Tu-160M” bombardımançı təyyarəsi ilə uçuş edib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat paylaşılıb.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında uçuşun təxminən 40 dəqiqə davam etdiyini və təyyarənin marşrutunun "hərbi sirr” olduğu səbəbi ilə açıqlanmayacağını bildirib.

Nüvə başlığı daşıya bilən "Tu-160M" təyyarəsinin saatda 2 min kilometr sürət həddinə çatdığı bildirilir.

Qeyd edək ki, Putinin bu addımı Qərb mediasında böyük müzakirələrə səbəb olub. Müxtəlif nəşrlər bunun Putinin seçki kampaniyasının bir parçası olduğunu və Rusiya liderinin müxalifət lideri Aleksey Navalnının ölümündən sonra gündəmi dəyişməyə çalışdığını iddia edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook