SON XƏBƏR

"Qarabağ" Avropa Liqasında mübarizəni dayandırdı

Dekabr 11
07:11 2015
Bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu – altıncı turun oyunları keçirilib.
 
Qol.Az-ın məlumatına görə, təmsilçilərimizdən "Qarabağ” həlledici oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə "Anderlext”in qonağı olub. Bakıda keçirilən oyunda bu rəqibinə qalib gələn Ağdam klubu bunu Belçikada da bacarsaydı, "pley-off”a vəsiqə qazanacaqdı. Ancaq bunun üçün "Monako”nun "Tottenhem”lə oyunda xal itirməsi vacib idi.
 
Oyunda hesabı açan tərəf "Qarabağ" olsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib. Ardıcıl 2 qol buraxan "Qarabağ" fasilədən sonra da oyunda dönüş edə bilməyib - 1:2. Bununla da, son Azərbaycan çempionu Avropa Liqasında mübarizəni dayandırıb.
 
10 dekabr Avropa Liqasının qrup mərhələsi
 
J qrupu 00:05.
 
"Anderlext” (Belçika) – "Qarabağ” (Azərbaycan) - 2:1 Qollar: Dani Kintana, 26 (1:0), Najar, 28 (1:1), Okaka, 31 (2:1)
 
Hakimlər: Slavko Vinçiç, Bojan Ul, Tomaş Klançnik,Roberto Ponis, Draqoslav Periç, Andraş Kovaçiç (hamısı Sloveniya) Brüssel.
 
Konstant Vanden Stok stadionu 00:05. "Tottenhem" (İngiltərə) - "Monako" (Fransa) - 4:1 Qollar: Lamela, 2 (1:0), 15 (2:0), 38 (3:0), Əl Şaaravi, 61 (3:1), Kerol, 78 (4:1)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook