SON XƏBƏR

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Çelsi"nin sabiq futbolçusunu transfer edib

Sentyabr 03
08:37 2024
"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Olimpiakos" (Yunanıstan) heyətini məşhur futbolçu Villianla gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Braziliya millisinin sabiq üzvü daha əvvəl İngiltərədə "Çelsi", "Arsenal" və "Fulhem" kimi klubların şərəfini qoruyub.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la 2025-ci il, yanvar 30-da səfərdə qarşılaşacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook