SON XƏBƏR

Qeyri-neft sektorunda istehsal artıb- RƏSMİ

Mart 25
19:11 2016
2016-cı ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 0,1 faiz azalaraq 4,3 milyard manat təşkil edib.
 
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb.
 
Sənaye məhsulunun 61,7 faizi mədənçıxarma, 29,4 faizi emal, 8,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
 
Sənayedə qeyri-dövlət sektorunun payı 77,1 faiz olub. Ümumi istehsalın 85,6 faizi sənaye məhsulunun istehsalı, 14,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook