SON XƏBƏR

Qida Təhlükəsizliyi Agentliyinin kolbasa fırıldağı

Aprel 12
11:00 2023
…Bu səbəbə aydınlıq gətirilməsi üçün AQTA-nın özünün aprelin 6-da yayımladığı rəsmi məlumatını yenidən diqqətdən keçirdik. Gözlərimizə inanmadıq. AQTA cədvəlinə oxucunu aldadacaq formada dəyişiklik edərək kolbasa və sosiskalarında ət adına nəsə tapmadığı şirkətləri biabır etdiyi halda, indi məlum olurdu ki, sən demə, elə deyilmiş, həmin şirkətlər elə kolbasa və sosiskalarını ətdən düzəldirmiş!

Qəribə və həm də təəccüblüdür: axı AQTA-nın, necə deyərlər, hardan ağlına gəlib ki, yox, bu şirkətlər məhsullarını ətdən düzəldibmiş, sadəcə, bu barədə AQTA məlumatsız olub, indi düzəliş edir və s.!

Yaxşı, o boyda dövlət qurumu necə oldu ki, belə səhvə yol vermişdi? Yaxud, sualı belə də qoyaq: AQTA niyə belə bir xəlvəti düzəlişə baş əyməli olub? Rəhbərliyi buna kim və ya nə məcbur edib???

Bu da AQTA-nın 5 gün əvvəl yayımladığı 1-ci rəsmi məlumatı və cədvəli: «Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir. Bununla əlaqədar, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib. 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır. Nəzarət tədbirləri zamanı həmçinin, "Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb. Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək. Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin "1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər. Uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz" (Bax:Cədvəl-№1).



Bu isə xəlvətcə məlum şirkətlərin xeyrinə düzəliş edilmiş, lakin ictimaiyyətə əvvəldən, səmimi şəkildə məlumat verilməmiş 2-ci cədvəl(Bax: Cədvəl-№2):



SONDA: AQTA əvvəlki məlumatı ilə adı çəkilən şirkətlərin imicini lazım olan səviyyədə zədələdi. Bəs indi bu anti-reklam və imicə vurulan zərbəni nə ilə kompensasiya edəcəklər??? İstehlakçılar yenədəmi bu yalanlara inanacaq???

Mənbə: «Təzadlar»ın Araşdırma Qrupu
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook