Qubad İbadoğlu vəzifəyə gətirilir - təfsilat
Mart 29
11:21
2016
Hakimiyyət tanınmış iqtisadçıya yaşıl işıq yandırmağa başlayıb
Azərbaycanın tanınmış iqtisadçılarından və siyasi xadimlərindən biri olan Qubad İbadoğlu yaxın vaxtlarda vəzifəyə gətirilə bilər. Bu barədə Politika.Az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, İbadoğlunun hakimiyyət tərəfindən müsbət qarşılanması heç də təsadüfi deyil. Qeyd edilir ki, onun bacarıqlı bir kadr olması və iqtisadi sahədə verdiyi proqnozların böyük əksəriyyətinin doğru çıxması hakimiyyət dairələrinin də diqqətini çəkib. Üstəlik, onun Qərbin siyasi dairələriylə də yaxşı əlaqələri var ki, bu da hakimiyyətin işinə yarayır.
Mənbə qeyd edir ki, bu yaxınlarda bir çox iqtisadçıların hökumətə iqtisadi islahatlarla bağlı təkliflər təqdim etməsinə rəğmən, təkcə Qubad İbadoğlunun təkliflərinin qəbul edilməsi ona göstərilən etimadın təzahürüdür. Buna paralel olaraq, Prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin də ona təşəkkür məktubu göndərməsi təsadüfi sayıla bilməz.
Qeyd edək ki, Qubad İbadoğlunun vəzifəyə gətirilməsi məsələsi hələ xeyli əvvəldən müzakirə olunan məsələlərdən idi. Lakin təyinatın yubanmasının bir sıra səbəblərinin olduğu deyilir. Güman ki, bu proseslərin gedişatları ilə bağlıdır.

Qlobal.az