SON XƏBƏR

Qubad İbadoğludan Maliyyə Bazarlarına Nəzarət Palatasına sərt reaksiya

Aprel 22
13:10 2016
"Maliyyə Bazarlarına Nəzarət Palatası absurd qərarlar verməklə məşğuldur".

Bu firkiləri tanınmış iqtisadçı-alim Qubad İbadoğlu öz facebook səhifəsində paylaşıb. 

İqtisadçı daha sonra bunları qeyd edib: "Palata bu dəfə də pensiyaçılara qadağa qoydu.18 gün bundan əvvəl valyuta ilə kreditlərinin verilməsini 1 ay müddətinə dayandıran Maliyyə Bazarlarına Nəzarət Palatası indi də kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin qadağasına dair qərar qəbul edib. 

Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. İqtisadi məntiqlə izah olunmayan bu yanaşma bir tərəfdən insan hüquqlarına ziddir, kommersiya banklarının sərbəst fəaliyyətinə müdaxilədir, digər tərəfdən də sosial müdafiə sisteminə ciddi zərbədir, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası məlum qərarı ilə biznesin və istehlakçıların alıcılıq qabliyyətini, işgüzar fəallığını aşağı salmaqla iqtisadi tənəzzülü daha da dərinləşdirir.

Hesab edirəm ki, bütün pensiyaçılara eyni kateqoriyada yanaşıb, onların hamısının ödəniş qabiliyyətinin aşağı olmasını düşünmək yalnışdır. Birincisi, pensiyaçıların özləri fərqli kateqoriyayada (dövlət qulluqçuları, hərbiçilər və s.) müxtəlif səviyyədə təqaüd alırlar. 

Onlar arasında hətta bu gün işləyənlərin əmək haqlarından çox aylıq təqaüd alanlar da vardır. İkincisi, pensiyaçılar arasında işləyənlər, təsərrüfatla və fərdi bizneslə məşğul olanlar da vardır ki, onların da ödəmə qabliyyətinə şübhə etməyə dəymir. Üçüncüsü, bəzi pensiyaçılar banklarda əmanətlərə malikdir, onlar depozitlərdən, əmlaklarını kirayə verməsindən və digər mənbələrdən də əlavə gəlirlərə malikdir. 

Nəhayət, hətta işləməyən və digər gəlirlərə malik olmayan pesniyaçıların yaşamaq hüququ konstitutsiyada təsbit olunub və onların da da borc vəsaitlərindən faydalanmaq hüququ vardır. Pensiyaçılar üçün bir çox ölkələrdə hətta sosial kredit paketləri də təqdim olunur. Görəsən pensiyaçılara kredit verilməsini qadağan edən Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbələrə kredit verilməsinə münasibəti necədir? Axı tələbələrin təhsil alıdığı dövrdə ödəniş qabliyyəti ümumiyyətlə olmur".


Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook