Qurban Qurbanov: "Futbolçularımın cəsarətinə heyran qaldım"
Oktyabr 25
06:41
2024
Futbolçularımın cəsarətinə heyran qaldım.
Report xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı baş tutan oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis məğlub olduqları görüşü şərh edib:
"İlk dəqiqələrədn oyuna çox yaxşı başlamışdıq. "Ayaks"la matçda müdafiəyə qapanmaq istəmirdik. Çox yaxşı hazırlaşmışdıq. Təəssüf ki, sonda belə üzücü məğlubiyyət yaşadıq. Futbolçularımızın qırmızı vərəqə alması çox pis hadisə idi. Gələcək matçlarda həmin futbolçuların xidmətindən yararlana bilməyəcəyik. Oyunçularımın cəsarətinə heyran qaldım. Böyük oyunlarda "böyüməyə" çalışırıq. Əfsuslar olsun ki, bəsit epizodlarda sadə vərəqələr aldıq. İnşallah, komandamız cəsarətli görüşlərini davam etdirsə, qarşıdakı müddətdə daha yaxşı nəticələr əldə edəcək".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ” – "Ayaks” matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.