SON XƏBƏR

Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Mart 05
14:08 2024
Xalq artisti Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Teatr Xadimləri İttifaqının "Aktyor Evi”ndə baş tutan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı keçirilən konfransda yekdilliklə qərar qəbul olunub.
 
Azərbaycanın iki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub. Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul edilib. Eyni zamanda yeni yaradılan qurumun nizamnaməsi də təsdiq olunub.

Qeyd edək ki, Bakıda keçirilən tədbirdə hər iki kino ittifaqının birləşməsinə qərar verilib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.

Xatırladaq ki, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlikdən imtina edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook